Newscenter.az.23.12.2021. Fransada yaxın vaxtlarda keçrilməsi nəzərdə tutulan prezident seçkilərində iştirak edəcək namizədlərdən biri və həm də Parisin İl-de-Frans regionunun rəhbəri Valeri Pekress gizli şəkildə Azərbaycanın suveren ərazisi BMT tərəfindən tanınmış Xankəndi şəhərinə səfər edib. Onun bu gizli səfərini “France Televisions”ın siyasi şərhçisi Julyen Neni öz tvitter hesabında yazıb: “Neni yazıb ki, “Valeri Pekress bugünlərdə Dağlıq Qarabağı ziyarət edib. Orada yerli siyasətçilərlə görüşüb. Təhlükəsizlik səbəbindən bu səfər Ermənistanda olan Fransa kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmayıb”.
Baş verən bu hadisədə diqqəti bir neçə məsələ cəlb edir. Birincisi, Rusiya "sülhməramlıları" Azərbaycanın icazəsi olmadan niyə digər şəxsləri qanunsuz şəkildə Azərbaycan ərazisinə buraxır?. İkincisi, Qarabağ məsələsinin belə həssas məqamında niyə maraqlı dövlətləri nümayəndələri beynəlxalq hüquqa zidd olaraq təxribatçı addımlar atırlar?. Üçüncüsü, Fransa münaqişənin həllini istəyirsə niyə onun mediası Qarabağı Dağlıq Qarabağ kimi adlandırır?. Təbii ki, bu suallara cavab verəcək kimsə çətin ki, tapılsın. Ona görə də atılan addımlardan da görünür ki, Azərbaycana qarşı atılan addımlar tam şüurlu şəkildə atılıb. Fransa siyasətçiləri də seçkilərdə erməni lobbisinin dəstəyini almaq üçün hər cür qanunsuz əməlləri həyata keçirirlər. Digər tərəfdən isə həmin "siyasətçilər" Qarabağ ərazisində yerləşən Nasist erməni hərbiçilərinin məzarlarını ziyarət edirlər.
Fransa bu atdığı addımlarla həm də onu göstərir ki, rəsmi Parisdən tərəflər arasında sülhün əldə edilməsi istiqamətində vasitəçi olmaz. Ona görə ki, onun siyasi elitası erməni lobbisinin əsirinə çevrilib. Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin Qarabağda müvəqqəti fəaliyyət göstərən rus "sülhməramlıları"na təşəkkür etdi. Dünən isə Rusiya müdafiə naziri Sergey Şoyqu açıqlama verərək bildirdi ki, "rus sülhməramlıları" Qarabağda təhlükəsizliyin təmin edilməsində əsas təminatçıdır". Ondan sonra bu informasiyanın yayılması onu göstərir ki, deməli nə Fransa, nə də Rusiya Azərbaycana qarşı səmimi addım atmırlar.
Baş verənlərlə bağlı Azərbaycan tərəfi həm Qarabağa qanunsuz şəkildə səfər etmiş şəxslərin Azərbaycana girişini qadağan etməli, həm də Qarabağda müvəqqəti olaraq yerləşdirilmiş rus "sülhməramlıları"nın komandanlığına qəti şəkildə etirazını bildirməlidir: “Əgər bu hallar bir də təkrar olunarsa, o zaman Azərbaycan tərəfi Laçın dəhlizində post qurmalı, rus "sülhməramlıları"nın fəaliyyətinə yenidən baxmalı, digər təminatçı ölkə Türkiyənin sülhməramlı qoşunlarını gətirməklə bölgədə balans yaratmalıdır. Hesab edirəm ki, o zaman regionda baş verən qanunsuzluqların qarşısı müəyyən dərəcədə alına bilər.
Samir Hümbətov-politoloq