Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nədən Laçında Azərbaycan-Ermənistan sərhədində buraxılış və gömrük nəzarət məntəqələri fəaliyyət göstərmir?



Newscenter.az.23.12.2021. Fransa prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrez Xankəndi şəhərinə qanunsuz səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən arzuolunmaz şəxslər siyahısına daxil edilib. Belə yanaşmanı müharibədən əvvəl anlayışla qarşılaamaq olardı, çünki, onda Laçın və Şuşa işğalda idi.

İndi bizim belə bəyanatlarımız ironiya doğurur. Əgər həqiqətən də Qarabağ bizimdirsə nədən Xankədinə Laçından və Şuşadan keçib gələn gələn Azərbaycana vziasız girişinə icazə verilməyən xarici vətəndaşları saxlamaq, yoxlamaq hüququmuz yoxdur? Belələri Xankəndinə maneəsiz və təhlükəsiz gəlib, orda görüşlər keçirib gedəndən sonra onları qara siyahıya salmaqla nə demək istəyirik? Kimi aldadırıq? Özümüzü niyə başqalarına güldürürük?

Nədən Laçında Azərbaycan-Ermənistan sərhədində buraxılış və gömrük nəzarət məntəqələri fəaliyyət göstərmir? Bu nə vaxta qədər davam edəcək?

Qubad İbadoğlu-ADR Partiyasının sədri
Xəbəri paylaş