Newscenter.az.24.12.2021. Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Abşeron rayonunda fərdi vətəndaş qəbulu keçirib.
Newscenter.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanı Hökməli, Qobu, Pirəküşkül, Ceyranbatan qəsəbələrindən, Xırdalan şəhəri, Bakı şəhəri Suraxanı və Qaradağ rayonlarından olan vətəndaşlarla fərdi qəbul təşkil edilib.
Qəbulda vətəndaşlar tərəfindən məşğulluq, sosial müdafiə, sağlamlıq, infrastruktur, əmlak və torpaq mövzuları ətrafında müraciətlər səsləndirilib. .
Qəbul zamanı Millət vəkili tərəfindən bəzi məsələlər yerində həllini tapıb, vətəndaşlar tərəfindən səsləndirilən digər problemlərin isə qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə məlumat verib.
NEWSCENTER.AZ