Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"ASAN xidmət”in uğurlarının əsasında cənab Prezidentin siyasi iradəsi, etimadı dayanır



Newscenter.az.24.12.2021. "Cənab Prezident İlham Əliyevin çoxvektorlu islahatlarından biri də dövlət xidmətlərinin şəffaf, operativ və əlçatan təşkili ilə bağlı müəllifi olduğu “ASAN xidmət” konsepsiyasıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Xidmət rəhbəri Ülvi Mehdiyev özünün facebook sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, “ASAN xidmət” dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizədə və müasir texnologiyaların, innovasiyaların dövlət xidmətlərinə tətbiqi ilə vətəndaşların hüquqlarının təmin edilməsində institusional bir islahat olmaqla, qısa zamanda həm vətəndaşların məmnunluğunu, həm də beynəlxalq müstəvidə ciddi maraq yaratmaqla Azərbaycanın brendi, milli innovativ məhsulu adını qazandı:

"Təsadüfi deyil ki, “ASAN xidmət” ali beynəlxalq təşkilat olan BMT tərəfindən 2 dəfə dövlət xidmətlərinin təşkili və dövlət xidmətlərində müasir texnologiya və innovasiyaların tətbiqi üzrə (2015 və 2019-cu illərdə) birinci yerə və xüsusi mükafata layiq görülüb. Bu gün “ASAN xidmət” 10-dan çox ölkədə bu modelin qurulması istiqamətində hüquqi yardım, məsləhət və təlim xidmətlərini həyata keçirir".

Ülvi Mehdiyev bildirib ki, bir islahat olaraq “ASAN xidmət”in uğurlarının əsasında cənab Prezidentin siyasi iradəsi, etimadı dayanır:

“ASAN xidmət”, ASAN könüllüləri, Elektron Hökumətin İnkişafı Mərkəzi, İnnovasiyalar Mərkəzi, ABAD, “YAŞAT” Fondu kollektivi adından cənab Prezident İlham Əliyevi yubiley münasibətilə təbrik edir, xalqımızın rifahının yüksəldilməsi, dövlətimizin güclənməsi uğrunda getdiyi yolda daima uğurlar arzu edirik"".

Sevinc
Xəbəri paylaş