Newscenter.az.24.12.2021. 2021-ci il oktyabrın 1-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsində Çağrı Mərkəzi fəaliyyətə başlayıb.
Newscenter.az İdarəyə istinadən xəbər verir ki, fəaliyyətə başlayan BŞTİ-nin 146-0 Çağrı Mərkəzinin yaradılmasının əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, daxil olan müraciətlərin cavablandırılması zamanı koordinasiyanın düzgün təşkili və proseslərin çevik idarə edilməsindən ibarətdir.
Qeyd edilib ki, üç ayda 36 663 zəng daxil olub.
R.Mehdiyeva