Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun növbəti iclası keçirilib



Newscenter.az.24.12.2021. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası 24 dekabr tarixində videokonfrans formatında keçirilib.

Newscenter.az xəbər verir ki, videokonfransı açıq elan edən İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev öz giriş nitqində iclasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anadan olmasının 60 illik yubileyinə təsadüf etdiyinə diqqət çəkərək, ölkə başçısının müəyyən etdiyi inkişaf strategiyasında biznes mühitinin davamlı olaraq yaxşılaşdırılmasının və sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb.

İclasda Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyasının İşçi qrup üzvləri tərəfindən təqdim olunmuş rəy və təkliflər nəzərə alınmaqla təkmilləşdirildiyi və təsdiq olunduğu bildirilib. Strategiyanın kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməklə geniş ictimaiyyətə təqdim olunması üzrə konkret planlara dair təkliflər təqdim olunub.

İşçi qrupun 2021-ci il üzrə fəaliyyətinin yekunları və Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyəti müzakirə olunub. 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasına təqdim edildiyi bildirilib.
Elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində aparılmış islahatlarla bağlı sahibkarlar arasında cari ilin IV rübündə keçirilmiş sorğunun yekunlarına dair təqdimat nümayiş olunub, əldə edilmiş nəticələr təhlil edilib və məmnunluğun artırılmasına dair atılmalı olan addımlar müəyyənləşdirilib.
İclasda Energetika Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “BHM” hüquq şirkətlərinin nümayəndələri iştirak edib.

Sevinc
Xəbəri paylaş