Newscenter.az.24.12.2021. Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.
Newscenter.az Fizuli Məmmədovun dövlət başçısına ünvanladığı təbrikin mətnini təqdim edir:
Bu gün möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin anadan olduğu gün – yubileyidir.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Zati-aliləri, cənab Prezident Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi, ordumuzun Zəfər dastanı yazmasında göstərdiyiniz gərgin əmək və fədakar şücaət Sizin adınızı ölkəmizin tarixinə əsl sərkərdə kimi əbədi həkk etmişdir.
Bu gün müasir, güclü və qüdrətli Azərbaycan Respublikası Sizin sayənizdə Dünya dövlətləri arasında özünə layiq yer qazanmışdır. Azərbaycanın haqq işi Dünya ictimaiyyəti tərəfindən qəbul edilir.
Azərbaycan Respublikasının Prezidenti kimi Sizin ölkəmizin və xalqımızın rifahı, tərəqqisi və inkişafı naminə atdığınız addımlar və gördüyünüz işlər sözün əsl mənasında hər bir azərbaycanlının qəlbində Sizə qarşı dərin rəğbət və sevgi hissi doğurmuşdur.
Cənab Prezident, Ali Baş Komandan yubileyiniz münasibəti ilə Sizi təbrik edirəm, ölkəmizin inkişafı və tərəqqisi naminə Sizə daima uğurlar və müvəffəqiyyətlər arzulayıram.
Yubileyiniz Mübarək!
Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov
Moskva şəhəri,