Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kürdəmir və Sabirabadda aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar



Newscenter.az.24.12.2021. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Kürdəmir rayonu Atakişili kənd sakini Xəyal Abbasova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə X.Abbasov rayonun Şımıxlı kəndi ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Sabirabad rayonunda da eyni qayda pozuntusu aşkarlanıb. Belə ki, aktiv koronavirus xəstəsi olan rayonun Türkədi kənd sakini Şaiq Rüstəmov qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Onun yeri şöbə əməkdaşları tərəfindən müəyyən edilib və yaşadığı evə geri qaytarılıb.

Faktlarla əlaqədar araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş