Newscenter.az.24.12.2021. İmişli rayon mərkəzində şəhər əhalisini təbii qazla təmin edən diametri 325 mm olan polad borunun yerüstü yol keçidi hissəsi avtoqəza nəticəsində sıradan çıxıb.
Bu barədə Newscenter.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, nəticədə 11 min abunəçinin qazla təchizatında fasilə yaranıb.
Qəza nəticəsində qaz xəttinin üzərində olan diametri 150 və 300 mm olan siyirtmə və qaz tənzimləyici tamamilə sıradan çıxıb. Hal-hazırda sözü gedən ərazidə qaz təchizatında yaranan fasilənin tezliklə aradan qaldırılması məqsədi ilə "Azəriqaz" əməkdaşları qəza-bərpa işlərini davam etdirir.
Daha ətraflı video materialdan izləyə bilərsiz: