Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq millət vəkili Cahangir Hüseynov Prezident İlham Əliyevi təbrik etdi



Newscenter.az.24.12.2021. Hüquq üzrə fəlsəfə doktoru, yazıçı-publisist, sabiq millət vəkili Cahangir Hüseynov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib. Sabiq millət vəkilinin təbrik mətnində bildirilir:

Möhtərəm Prezident, Cənab Ali Baş Komandan!

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı və Sizə dövlət idarəçiliyində yeni-yeni uğurlar arzulayıram.
Sizin Ali Baş Komandan kimi rəhbərliyiniz nəticəsində torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün bərpa olunmasına görə, bütün Azərbaycan xalqı Sizə minnətdardır.

Möhtərəm, Cənab Prezident!

Sizin uzaqgörən və praqmatik siyasətiniz nəticəsində ölkənin milli mənafeyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək və Azərbaycanı regional güc mərkəzinə çevirmək beynəlxalq gündəlikdə duran ən mühüm məsələlərin həllində Azərbaycanın fəal iştirakını təmin etmək mümkün olmuşdur.

Hörmıətli Prezident!

Siz Azərbaycan xalqının əvəzsiz lideri və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunu inamla həyata keçirən böyük şəxsiyyətsiniz. Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyiniz və cəmiyyət həyatının bütün sahələrinin müasirləşməsi yolunda ardıcıl və dinamik sürətlə irəliləyir. Zəngin siyasi təcrübəniz, yüksək peşəkarlığınız, xalqın rihafının yüksəldilməsi naminə mürəıkkəb məsələləri həll etməyə imkan verir.

Möhtərəm, Cənab Prezident!

Biz, Sizin regionda sülhü qoruyub saxlamaq, məıcburi köçkünlərin doğma yurdlarına qaytarılması naminə böyük quruculuq işlərinin aparılması üçün səylər göstərdiyinizin şahidiyik. Suzə bu mürıəkkəb, məsuliyyətli, eyni zamanda şərəfli missiyanın yerinə yetirilməsində möhkəm can sağlığı, tükənməz həyat enerjisi arzulayıram.

Möhtərəm Prezident!

Biz Sizinlə fəxr edirik. İşğaldan azad edilmiş torpaqlarımızda Sizin rəhbərliyiniz altında həyata keçirilən möhtəşəm yenidənqurma, bərpa işlərini görəndə ürəyimiz dağa dönür. Bütün dünya Sizin qətiyyətiniz, ölkəmizin gücünün qüdrətinin bir daha şahidi olur. Siz doğma Qarabağımızı cənnətə çevirirsiniz. Ulu Tanrı bu müqəddəs işdə Sizə yar olsun.

Sülhün Cənubi Qafqazda bərqərar olması istiqamətində Moskvada, Soçidə apardığınız danışıqlar, beynəlxalq səviyyədə NATO və Avropa İttifaqındakı görüşləriniz bizi sevindirir. Tezliklə regionda sülhün bərqərar olacağına əminlik yaradılr.

Möhtərəm Cənab Prezident!

Sizi doğma gününüz, 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, dövlət quruculuğu işlərində, regionda sülhün qorunub-saxlanılmasında uğurlar arzulayıram.
Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Hərmrəylik Günü və Yeni il bayramı münasibətilə də təbrik edirəm.

Hörmətlə Cahangir Hüseynov- hüquq üzrə fəlfəsə doktoru, sabiq millət vəkili
Xəbəri paylaş