Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Su təminatının daha da yaxşılaşdırılması müzakirə edilib



Newscenter.az.24.12.2021. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Dövlət Aqrar İnkişaf Mərkəzi yanında Fermer və Koordinasiya Şurasının sədr və üzvləri ilə videokonfrans şəklində görüş keçirib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, su təminatının daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun rəhbərliyi ilə 26 rayon üzrə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzi yanında Fermer və Koordinasiya Şurasının sədr və üzvləri ilə videokonfrans şəklində görüş olub. Sayca ikinci görüşdə Cəmiyyətin sədr müavinləri, aidiyyəti şöbə müdirləri, yerli istismar idarələri və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak ediblər. Görüşün məqsədi su təminatının daha da yaxşılaşdırılması və onların həll yolları ilə bağlı olmuşdur.

Videokonfransda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov fermerlər tərəfindən qaldırılan məsələləri geniş müzakirə edib.

Videformat şəklində keçirilən görüşdə hər bir iştirakçı aid olduğu rayon ilə bağlı suvarma suyu təminatına köməklik göstərilməsi məqsədilə təkliflərini bildiriblər.

Cəmiyyətin sədri Zaur Mikayılov qaldırılan məsələlərlə bağlı Cəmiyyət tərəfindən aparılan işlər barədə iştirakçıları ərtaflı məlumatlandırıb, fermerlərin təkliflərinə dair aidiyyəti üzrə tapşırıqlar verib və bu cür görüşlərin gələcəkdə də tez-tez təşkil olunacağını bildirib.

Sevinc
Xəbəri paylaş