Newscenter.az.24.12.2021. Müasir Azərbaycanın 18 illik inkişaf tarixi və quruculuq salnaməsi Ümummilli lider Heydər Əliyevin Siyasi varisi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi, modernləşməsi və daha da qüdrətli dövlət statusu əldə etməsində və müasir iqtisadi intibah mərhələsinə daxil olmasında Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən müdrik iqtisadi siyasətin uğurarı mühüm yer tutmuşdur.
Ötən 18 il ərzində Azərbaycanda misli görünməmiş quruculuq işləri aparılmış, xüsusilə də iqtisadi, sosial sahələrdə möhtəşəm uğurlara imza atılmışdır. Onun yetkin siyasətçi kimi formalaşmasında birbaşa Heydər Əliyev faktorunun əvəzolunmaz rolu vardır. Eyni zamanda, özünün unikal siyasi dühası, zəngin elmi fəaliyyəti, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda tədqiqatçı-alim kimi püxtələşməsi və diplomatiya, beynəlxalq münasibətlər sahəsində peşəkar kadr kimi özünü təsdiq etmiş, gənc yaşlarından dövlətimizin inkişaf modelinin yaranmasında yaxından iştirak etmişdir. Həmin illərdə O, dünyada tanınmış və qəbul olunmuş təcrübəli siyasətçi, nüfuzlu ictimai xadim kimi qəbul edilirdi.
Cənabİlham Əliyevin Əsil Lider kimi yetişdiyini elmi-siyasi düşüncələrimin məhsulu olan 1999-cu ildə qələmə aldığım “O Böyük Siyasətə hazırdır” kitabında oxucularla bölüşmüşəm. Qürur duyuram ki, Cənab Prezident haqqında yazılmış ilk kitabın müəllifiyəm.
2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm əlamətdar hadisə kimi qalmış, müasir siyasi tariximizə yeni mərhələnin başlanması kimi daxil olmuşdur. Cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçkilərində iştirakı və qələbəsi də geriyədönməz tarixi-siyasi qanunauyğunluq sayılmalıdır. Həmin dövrlərdə hakimiyyətə iddialı olan bəzi şəxslər də Prezidentliyə namizədliyini irəli sürmüşdü, hədsiz dərəcədə səriştəsiz, dövlət idarəçiliyində təcrübəsi olmayan həmin “siyasətçilərin” möhtəşəm siyasi nüfuza və idareətmə peşəkarlığına malik İlham Əliyevlə ümumiyyətlə müqayisə oluna bilməzdi. Azərbaycanın dayanıqlı sabitliyinin, gələcək inkişafının və möhkəm təminatının Cənab İlham Əliyevin rəhbərliyi sayəsində mümkün olacağı danılmaz siyasi gerçəklik idi. Ona etimad göstərən xalqımız qısa bir zamanda məzh nə dərəcədə düzgün seçim etdiklərinin şahdidi oldular. Bu barədə də siyasi-analitik təsəvvürlərimi “Sülh və Sabitlik Prezidenti” kitabımda hərtərəfli oxuculara çatdırmışam. Həmin kitab ukrain dilinə tərcümə olunaraq Kiyev şəhərində nəşr edilmişdir.
Prezident İlham Əliyevin əsas fundamental işi güclü Azərbaycanı qurmaq və iqtisadi qüdrətini artırmaqla bir nömrəli problemimizi - Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizi azad edilməsini həll etmək idi. Dövlətin ali siyasi kürsüsünə yiyələnmiş siyasi lider torpaqlarımızın 20 faizinin erməni işğalı altında olması kimi ağrılı və çətin bir mirası üzərinə götürmüş, güclü ordu və güclü dövlət konsepsiyasının əsas fundamental sütunu olan güclü və yeni iqtisadiyyat quruculuğu məsuliyyətinin altına girmişdir. Eyni zamanda, beynəlxalq siyasi və iqtisadi münasibətlər sistemində hələ də yeri və rolu zəif olan Azərbaycanın etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi qüdrətini artırmaq Onun qarşısında dayanan əsas məsələlərdən idi.
Prezident İlham Əliyev həmin hədəflərin hər birinə çatmağa nail olmuş nəhəng siyasi xadim, Güclü lider və Xilaskardır. 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazandığı tarixi Zəfərlə son 200 illik tariximizdə itirdiyimiz torpaqlarımızın geri alınmasına və 30 illik işğala son qoymuş, ərazi bütövlüymüzün təmin etmiş Xilaskar lider kimi adını tarixə əbədi yazdırmışdır. O, Azərbaycanın yenilməzlik, müdriklik, cəsarət və qəhrəmanlıq rəmzidir.
Bu gün daha da güclənmiş və regionda yeni reallıqlar yaratamış Azərbaycan Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğur salnaməsi yazmaqda daha iddialı və inamlıdır.
Bu əlamətdar Gündə Cənab Prezidenti Ad Günü münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırır, ailə üzvləri ilə birlikdə xoşbəx həyat və yeni müvəfəqiyyətlər arzulayıram.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor