Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin düşünür ki, Qərb onun hədələyici ritorikasından çəkinərək Kremlin “qırmızı cizgilərini” tanıyacaq



Newscenter.az.25.12.2021. Kreml sahibi Vladimir Putinin məntiqinə görə, əgər Rusiya 2014-cü ildə Krımı ilhaq etməsəydi, guya millətçi ukraynalılarla mübarizədə yarımadakı rusları faciə gözləyəcəkdi və zaman keçdikcə bu ərazidə NATO bazaları yerləşdiriləcəkdi. Buna isə Rusiya yol verə bilməzdi.

Halbuki, Putinin başlıca məqsədi rus millətçi kəsimin “Krım bizimdir” konsepsiyasının yerinə yetirilməsini təmin etmək idi. Putun hazırda eyni yanaşmadan çıxış edərək əmindir ki, Ukraynaya müdaxilə etməyəcəyi halda bu ölkədə ABŞ və ya NATO bazaları və orta mənzilli raketlərin yerləşdiriləcək və buna da yol vermək olmaz, yəni “ikinci Krıma” hazırlıq gedir. Qərb ölkələri isə tam tərsdən çıxış edirlər: Ukrayna gücləndirilməsə bu ölkə Rusiyanın müdaxiləsiylə üzləşəcək və yeni işğal qaçılmazdır. Bu amili elə Putinin özünün dəfələrlə təkrarladığı “Ukrayna süni yaradılan dövlətdir” fikri də gücləndirir.

Putin düşünür ki, Qərb onun hədələyici ritorikasından çəkinərək Kremlin “qırmızı cizgilərini” tanıyacaq, Ukrayna NATO üzvü olmayacaq, bu ölkədə Qərbin hərbi bazaları yerləşdirilməyəcək. Bəs Qərb bunları etməsə nə olacaq? Putinin bu variant üçün hazır planı varmı? Putin Stalindən güclü deyil, necə ki, indiki Rusiya keçmiş SSRİ-dən güclü deyil. ABŞ “soyuq müharibənin” başlanğıcını qoyan qəddar diktator Stalinin qarşısında geri çəkilmədi, harda mümkündürsə müqavimət göstərdi, Putinin hədələri qarşısında niyə geri çəkilməlidir? Putin düşünür ki, necə ki, ABŞ vaxtilə müxtəlif üsullarla SSRİ-ni dağıtdı, Vaşinqtondakı beyin mərkəzlərinin indi də Rusiyanı zəiflətmək və ya parçalamaq üçün planları var. Bəlkə də belə planlar hansısa mərkəzlərdə tərtib olunub. Ancaq elə Kremlin də planı fərqli deyil. Kreml özünü qorumaq üçün Ukraynanı parçalamaq yolunu tutub. Bu baş verəcəyi halda Rusiya özünü qoruya biləcəkmi?

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş