Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın açıqlamasının müsbət və mənfi tərəfləri



Newscenter.az.26.12.2021. "Paşinyanın "Qarabağın statusu Azərbaycan konstitusiyası çərçivəsində dəqiqləşdirməlidir" həm müsbət, həm də neqativ tərəfləri olan bir açıqlamadır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Nazim Cəfərsoy səsləndirib. Onun sözlərinə görə, müsbət tərəfi odur ki, Ermenistan rəhbərliyi Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmi olaraq qəbullanmaya və bunu ictimai formada da ifadə etməyə başlayıb:

"Neqativ tərəfi odur ki, Ermənistan Qarabağ üçün Azərbaycan konstitusiyası içində yer alan Naxçıvan Muxtar Respublikası statusu istəmək üçün zəmin yaradır. Paşinyanın və Ermənistan rəsmilərinin bir sonraki mesajlarında Qarabağ erməniləri üçün Naxçıvan nümunəsi vermələri yüksək ehtimaldır".

Nazim Cəfərsoy hesab edir ki, ona görə də, Laçın yolu ilə Zəngəzur yolunu müqayisə etmənin doğru olmadığını tez-tez yazır:

"Çünki bu tezis strateji, siyasi, diplomatik və hüquqi müstəvilərdə ermənilərin "Qarabağ erməniləri-Naxçıvan Muxtar Respublikası" bərabərliyi qurmasına imkan verir. Unutmayaq ki, həm Rusiyada, həm Qərbdə, həm də İranda bunu iki əlli dəstəkləyəcək və bu ölkələrin xarici siyasətində böyük təsirləri olan güclü dairələr var!".

Mehman
Xəbəri paylaş