Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Payızlıq əkinlərin EKTİS-də bəyanı dekabrın 30-da başa çatır



Newscenter.az.26.12.2021. Payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı dekabrın 30-da başa çatır.

Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, əkinləri hələ də bəyan etməmiş fermerlər Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, "KOB Evi" Mərkəzlərinə və ASAN Xidmət Mərkəzlərinə yaxınlaşaraq əkinlərini bəyan edə bilərlər.

Dekabrın 30-dan torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədləri və əkin məlumatlarını EKTİS-ə daxil etməyən fermerlər subsidiya almaq hüququndan yararlana bilməyəcəklər.

Sevinc
Xəbəri paylaş