Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Nizami rayon təşkilatının rəhbərliyi və fəalları rayonun 1 saylı uşaq evinin sakinləri ilə görüşüblər



Newscenter.az.26.12.2021. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi və fəalları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Nizami rayonu 1 saylı uşaq evinin sakinləri ilə görüşüblər.

Newscenter.az xəbər verir ki, görüş iştirakçıları öncə uşaq evinin sakinlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Sonra uşaq evinin sakinlərinin hazırladıqları musiqili səhnəciklər nümayiş etdirilib. Şaxta baba və Qar qızın çıxışları uşaqlar tərəfindən hərarətlə qarşılanıb, şeirlər söylənilib, rəqslər edilib.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami rayonu 1 saylı uşaq evinin direktoru Nərminə Zöhrabova, YAP Nizami rayon təşkilatı “Rüstəmov 66A” ərazi partiya təşkilatının sədri Rövşən Məmmədov uşaq evinin sakinlərini bayram münasibətilə təbrik ediblər, ölkəmizdə uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan balacalara göstərilən dövlət qayğısından, onların cəmiyyətə inteqrasiyası üçün yaradılan şəraitdən danışıblar.

Bildiriblər ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu xeyirxah missiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışçılar həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı üçün həyata keçirilən layihələrdən söz açıblar.

Sonda xatirə şəkli çəkdirilib, uşaqlara bayram hədiyyələri təqdim olunub.



Ruhiyyə
Xəbəri paylaş