Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağoğlanda komando hərbi hissəsinin ÜSTÜNLÜKLƏRİ



Newscenter.az.27.12.2021. Ağoğlanda komando hərbi hissəsi açmaq 4 baxımdan mühümdür.

Newscenter.az xəbər verir ki. belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Nazim Cəfərsoy deyib ki, ilk növbədə Azərbaycan dövləti ordunun Türkiyə (dolayısıyla da NATO) modelinə keçmə strateji qərarını tətbiq edir:

"İkincisi, Ağoğlanın Azərbaycan ərazisi olduğu və elə də qalacağı başda yerli ermənilər olmaqla hamıya daha da güclü formada göstərilir. Üçüncüsü, bölgənin yerli ermənilərinə də "Ağoglana dönmək istəyirsən bu ya müharibə etməklə, ya da Azərbaycan dövlətinin hakimiyyətini qəbul etməklə mümkündür" məsaji verilir. Dördüncüsü, bölgədə gecikən anti-terror əməliyyatları üçün növbəti zəmin hazırlanır. Xatırladım ki, komando birlikləri Türk Ordusunda xüsusilə teröra qarşı geniş istifadə edilir".

Nazim Cəfərsoy deyib ki, üstelik bu hərbi hissəsinin açılışının Paşinyanın ermənilərə "Başda Hadrut olmaqla bölgənin gələcəyinə dair Azərbaycan perspektivini qəbullanmalıyıq" mesajının həmən sonrasına təsadüf etməsi də yuxarıda qeyd etdiyim mesajların gücünü və mənası artırır.


Mehman
Xəbəri paylaş