Newscenter.az.28.12.2021. 2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 67 584 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 7 248 zəng qəbul edilib. Həmçinin BŞTİ-nin 146-0 Çağrı Mərkəzinə 36 663 zəng daxil olub.
Newscenter.az xəbər verir ki, 17 455 sənəd (vətəndaşlar tərəfindən 5 697 ərizə, Təhsil Nazirliyindən 2 090, digər qurumlardan 2 060, məktəblərdən 4 673 məktub, 641 strukturdaxili yazışma və 2294 kadr ərizəsi) qəbul olunub.
Həmçinin 5 311 elektron müraciətə baxılıb.
Xüsusi karantin rejimi dövrünün tələblərinə uyğun olaraq, İdarə tərəfindən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçirilib. Videoqəbulda iştirak edən 907 vətəndaşın müraciəti İdarənin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.
R.Mehdiyeva