Newscenter.az.28.12.2021. “Azərbaycanda son sutkada 376 nəfər koronavirusa yoluxub. Ölkədə bu günə qədər 600 mindən çox yoluxma qeydə alınıb”.
Newscenter.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, ikiillik dönəmdə ən yüksək yoluxma 2020-ci ilin noyabr-dekabr aylarında qeydə alınıb: “Son üç ayda ən yüksək yoluxma yenə də noyabrda olub. Bu göstərici 21 %-ə yaxındır".
Yaqut Qarayeva vurğulayıb ki, son sutkada 887 nəfər koronavirusdan müalicə olunaraq sağalıb: "Analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 615 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 596 545 nəfər müalicə olunaraq sağalıb, 8 324 nəfər vəfat edib. 10544 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 787, bu günə qədər isə ümumilikdə 5 832 974 test icra olunub".