Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diaspor sədri xarici işlər naziri Ceyhun Bayramova müraciət etdi



Newscenter.az.28.12.2021. Danimarka Vətən Cəmiyyəti adından, Azərbaycan Respublikası xarici işlər naziri cənab Ceyhun Bayramova məktub unvanlanıb.

Newscenter.az-a Cəmiyyətdən daxil olan məktubda deyilir:

"Hörmətli cənab nazir, bildiyiniz kimi Danimarkada Azərbaycan səfirliyi yoxdur. Danimarka, Böyük Britaniya Krallığına, Londonda fəaliyyət göstərən Azərbaycan səfirliyinin tabeliyinə verilib.

Böyük Britaniya Krallığı, Avropa Birliyindən çıxandan sonra vəziyyətimiz həddindən artıq çətinləşib. Böyük Britaniya Krallığına getmək üçün bizə viza lazımdır. Bundan əlavə Londona getmək, təyyarə və məcburi hoteldə qalmaq xərcləri maliyyə baxımından bizə çox çətinlik yaradır. Bəzi zamanlarda biz bir məsələni telefonla və ya poçtla həll edə bilmirik. Məsələni yerində həll etmək üçün, konsulla görüşmək məcburiyyətində oluruq və bu da bizim imkanlarımız xaricindədir".

Təşkilat sədri daha sonra bunları qeyd edir:

"Hörmətli cənab nazir, Ceyhun Bayramov,

Danimarkada yaşayan azərbaycanlılar adından Sizdən xahiş edirik. Danimarkada yaşayan azərbaycanlıların konsulluq işlərini, Danimarka ilə qonşu dövlət olan Isveçde fəaliyyət göstərən Azərbaycan səfirliyine həvalə edəsiniz. Çünli Kopenhagendən, Stokholma viza tələb olunmur və ən əsas olaraq qatarla, yaxud maşınnla rahat gedib konsulluq məsələlərini həll etmək imkanlarımız olacaq. İnanırıq ki, bizim bu xahişimizi nəzərə alıb, Danimarkada yaşayan azərbaycanlıların problemini hell edərək, bizləri sevindirəcəksiniz".



NEWSCENTER.AZ
Xəbəri paylaş