Newscenter.az.28.12.2021. Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.
Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş davam edir.