Prezident İlham Əliyev əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Tarix: 29-12-2021, 16:00
Newscenter.az.29.12.2021. “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilib.
Newscenter.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.
Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.