Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubadlı-Eyvazlı avtomobil yolunun inşası sürətlə davam etdirilir



Newscenter.az.29.12.2021. Qubadlı-Eyvazlı avtomobil yolunun inşası sürətlə davam etdirilir.

Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, IV texniki dərəcəli avtomobil yolunun uzunluğu 28.5 km-dir.

Yolun 8 km-lik hissəsində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri artıq başa çatıb.

Eyvazlı kəndinə qədər çətin relyefə malik ərazidən keçən yolun layihə eninin alınması üçün qaya qruntları dağıdılmaqla torpaq yatağı tikilir:

- Xüsusi texnikaların köməyi ilə yol genişləndirilərək profilə salınır,
- IV texniki dərəcəyə uyğun torpaq yatağı inşa edilir.
- Tikinti ərazisinə lazımi sayda texnika və canlı qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca:

- müxtəlif diametrlərə malik dairəvi boru,
- düzbucaqlı su keçidlərinin və alt keçidlərin,
- yolun 2.5-ci km-də 122.4 metr uzunluğa malik 4 aşırıımlı,
- yolun 21-ci km-də isə 66 metr uzunluğunda 2 aşırımlı körpünün inşası nəzərdə tutulur.

Qubadlı-Eyvazlı avtomobil yolu işğaldan azad edilmiş Qubadlı şəhəri daxil olmaqla, Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.

Sevinc
Xəbəri paylaş