Newscenter.az.29.12.2021. Azərbaycanda iqtisadçı-ekspert, tanınmış jurnalist Fuad Əlizadə koronavirusdan vəfat edib.
Newscenter.az-in xəbərinə görə, 53 yaşlı F.Əlizadə bu gün səhər saatlarında koronovirusdan dünyasını dəyişib.
Qeyd edək ki, F.Əlizadə dekabrın 10-da koronavirusa yoluxmuşdu. O, “Yeni Kinika"da müalicə alırdı.
Xatırladaq ki, F.Əlizadə “Zerkalo” qəzetində şöbə müdiri vəzifəsində çalışıb, son zamanlar isə CBC televiziyasında işləyib.