Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda evdən uşaq oğurlanıb



Newscenter.az.30.12.2021. Bakıda azyaşlı uşaq oğurlanıb.

"Report"un məlumatına görə, hadisə dekabrın 29-da Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində yerləşən evlərdən birində 2019-cu il təvəllüdlü oğlan uşağının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Hazırda daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Xəbəri paylaş