Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmir yumruq Ermənistanı 30 illik əsarətdən xilas etdi



Newscenter.az.30.12.2021. Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığa can atması, Azərbaycanla sülh sazişini imzalamağa hazır olmaq iradəsini qətiləşdirməsi müşahidə edilməkdədir. Sözsüz Paşinyan da erməni cəmiyyətinin istəklərini ifadə edir, xalqın mütləq əksəriyyətinin barışdığı sülh və əməkdaşlıq atmosferasının bərqərar olması üçün bu siyasi iradəni nümayiş etdirir. Görünən odur ki, erməni cəmiyyəti artıq uzun illərdir ki, davam edən qonşularla nifrət mühitindən bezib və normal qonşuluq əlaqələri qurmaq istəyir. Erməni xalqı Azərbaycan və Türkiyəyə qarşı yersiz və məntiqsiz ərazi iddialarından da bezib.

Azərbaycan Prezidenti İlham Əliyevin hansı humanist davranışa, sülhpərvər xarakterə və praqmatik nəcib missiya daşıyıcı olmasına bütün dünya şahiddir. O da müharibə istəmir, sülh və əmin-amanlıq istəyir. Cənab İlham Əliyev hər zaman bir mesajı xatırladır ki, sadə və yoxsul erməni xalqının acınacaqlı durumu da bizi narahat edir, onlar ötən illərdə faşist Köçəryan-Sarkisyan rejiminin məhkumiyyəti altında ağır mərhumiyyətlər yaşayıblar, terrorçu-daşnak qüvvələrin işğalçılıq və ərazi iddiaları bu xalqı daha da fəlakətə sürükləyir, dar dalanda sıxışıb qalmış Ermənistanı nicatı Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdadır.

İndi yeni reallıqlar yaranıb və Azərbaycan Prezidentinin vaxtilə söylədiyi bu fikirlər gerçəyə çevrilir, erməni xalqı İlham Əliyevin mesajlarının necə dəqiq və düzgün olduğunu anlayaraq qəbul edir. Ona görə də, erməni cəmiyyətinin arzularının ifadəsini Paşinyan həyata keçirmək istəyir. N.Paşinyanın Qarabağdakı siyasi məsələlərin Azərbaycan Respublikasının Konstitusiyası əsasında həll edilməsini səsləndirməsi və Xankəndindəki oyuncaq rejimin gec-tez Azərbaycan bayrağı altına keçəcəyini etiraf etməklə İrəvan hökumətinin ərazi iddialarından geri çəkildiyini və Azərbaycanın ərazü bütövlüyünü tanımaqla əməkdaşlığa hazır olduğunu təsdiqləyir.

Beləliklə, Paşinyan bu siyasi diplomatik hərəkətləri ilə öz ölkəsinin gələcəyini və xoşbəxtliyini dolayısı ilə Azərbaycan Prezidentinə havalə etmiş olur. İrəvan erməni xalqının nicat yolunun Azərbaycanın əlində olduğunu və bu fürsəti qaşırmaq istəmir. Siyasi mənzərə budur ki, Cənab İlham Əliyev bütün bölgə xalqlarının inkişafını təmin etmək üçün məsuliyyəti üzərinə götürür. Cənab Prezident 30 il dünyaya inteqrasiyadan məhkum olmuş və iqtisadi əsarətdə qalan Ermənistsanı da xilas etmək missiyasını gerçəkləşdirməyə məcburdur. Bunu ermənilər özləri tələb edirlər, onlar Azərbaycan Prezidentinə özlərinin Xilaskarı kimi baxırlar. Bu gün Ermənistanda sosioloji sorğu keçirilsə, sözüz ki, əhalinin ən azı 70 faizi İlham Əliyevi dəstəklıəyəcəkdir. Məhz bu baxımdan yeni siyasi reallıqlar Cənab Prezidentin bütünlüklə Cənubi Qafqazın şəksiz siyasi liderinə çevrildiyini təsdiq edir.

Yeri gəlmişkən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Cənab İlham Əliyevi və ailə üzvlərini səmimi-qəlbdən təbrik edir, yeni nailiyyətlər arzu edirəm.

Əziz FB izləyicilərim, Sizi də hər iki bayram münasibətilə təbrik edir, sağlam həyat, xoş günlər arzulayıram.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş