Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır"



Newscenter.az.30.12.2021. “Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar əhalinin rifahının yaxşılaşmasına xidmət edir. Gələn ildən qüvvəyə minəcək yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Deputat vurğulayıb ki, yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub:


“İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan sosial dövlətdir və dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır. Sosial paketdə gənclər arasında təhsil almaq prosesinin stimullaşdırılmasına xidmət edən qərarı xüsusi qeyd etmək istərdim. Belə ki, dövlət başçısının imzaladığı yeni fərman 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edəcək”.

Millət vəkili qeyd edib ki, paralel olaraq, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi də Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir: “Təsadüfi deyil ki, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Müavinətlərdən əlavə, ümumi səbəbdən I dərəcə əlilliyi olanlar Prezidentin aylıq təqaüdü olaraq 130 manat ödənişlə də təmin olunur. Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar tətbiq olunacaq yeniliklərdən faydalanacaqlar. Ümumi səbəbdən əlilliyi olan şəxslər üzrə sosial ödənişlərdə son 3 ildə artımlar dərəcələr üzrə müvafiq olaraq 50%, 59% və 112% təşkil edir. Sevindirici haldır ki, sosial ödənişlərin artımı sağlamlıq imkanları məhdud uşaqları da əhatə edəcək. Təhsil işçilərinin sosial müdafiəsi də sosial paketdə əskini tapıb. Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Ümumiyyətlə, ölkəmizdə sosial paketin artımı daim dövlətin diqqət mərkəzindədir. 2019-2020-ci illərdə də böyük sosial islahatlar həyata keçirildi, əməkhaqları və sosial ödənişləri ciddi şəkildə artırılmışdır. Son illərdə minimum əmək haqqı və minimum pensiyalar təqribən 2 dəfə artıb. Orta pensiya 60%, orta əmək haqqı təqribən 40%, sosial ödənişlərin orta məbləği 2 dəfədən çox artıb”.

Könül Nurullayevanın sözlərinə görə, bütün atılan addımlar vətəndaş rifahının təminatına yönəlib:

“Ümumilikdə, sosial müdafiə sisteminin bütün istiqamətləri üzrə inkişaf dinamikası mövcuddur. Bütün bunlar ölkəmizdə güclü sosial siyasət, sosial inkişafın da davamlı xarakter aldığını göstərir. Prezident İlham Əliyevin sosial sahəyə böyük qayğısı ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına imkan verib və ilbəil bu uğurların sırası daha da genişlənir”.
Xəbəri paylaş