Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili şəhid anaları ilə görüşüb



Newscenter.az.30.12.2021. Milli Məclisin deputatı Jalə Əhmədova 59 saylı Salyan seçki dairəsi ərazisində yaşayan şəhid anaları ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə millət vəkili özünün facebook sosial şəbəkə hesabında məlumat verib. Millət vəkili qeyd edib ki, görüşə seçki dairəsi ərazisində yaşayan bütün şəhid anaları dəvət olunub:

“Görüşün keçirilməsində məqsəd, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə təbrik etmək, həmçinin qayğıları ilə maraqlanmaq idi. Görüş zamanı şəhid analarını dinlədim, onları narahat edən məsələlərlə bağlı səlahiyyətlərim çərçivəsində lazım olan dəstəyi əsirgəməyəcəyimi bildirdim. Yeni, 2022-ci ildə ölkəmizə sülh və əmin-amanlıq, xalqımıza firavanlıq arzularımı dilə gətirdim”.

Ruhiyyə
Xəbəri paylaş