Newscenter.az.30.12.2021. Rusiya Azərbaycanlıları İttifaqı prezidenti Fizuli Məmmədov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Newscenter.az həmin təbrik məktubunu təqdim edir:
Əziz dostllar!
Ümumdünya Azərbaycan Mədəniyyət Fondu və Rusiya Azərbaycanlıları İttifaqının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar adından Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edir, Sizə can sağlığı, sağlam ömür və işlərinizdə uğurlar diləyirik.
Yola salmaqda olduğumuz 2021-ci il il ölkəmizin tarixində və xalqımızın taleyində çox uğurlu hadisələrlə yadda qalacaqdır. Artıq dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz dövləti və xalqı ilə qürur duyur, Azərbaycan dövlətinin, rəşadətli Azərbaycan Ordusunun qazanmış olduğu qələbə sevincini fəxarətlə özündə daşıyır. Əzəli və əbədi Azərbaycan torpağı - Qarabağa qayıtmaq həsrəti tarixə qovuşmuşdur.
Bu gün Dünyada ölkəmizin qazandığı nüfuz və inkişaf aydın şəkildə görnüməkdədir və qəbul olunmaqdadır. Azərbaycanın Dünyanın aparıcı dövlətlərində formalaşmış və mövcud olan diaspor və lobbi təşkilatları Azərbaycan həqiqətlərini və reallıqlarını ən yüksk səviyyədə, əzmkarlıqla təbliğ və təqdim etməkdədir. Ölkəmiz Dünya dövlətləri içərisində özünün dinamik iqtisadi inkişafı, milli və çağdaş dəyərləri yaşadan və inkişaf etdirən demokratik respublika kimi ön sıralarda qərarlaşır.
Əziz dostlar bir daha Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edir, Sizə ölkəmizin və xalqımızın inkiişafı və tərəqqisi naminə göstərdiyiniz vətənpərvər fəaliyyətinizdə daima uğurlar və müvəffəqiyyətlər arzulayırıq. Bayramınız mübarək!
Hörmətlə,
Ümumdünya Azərbaycan Mədəniyyət Fondu və
Rusiya Azərbaycanlıları İttifaqının Koordinasiya Şurası