Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Nizami rayon təşkilatının rəhbərliyi, gəncləri və qadın fəalları şəhid ailələrini və qaziləri ziyarət ediblər



Newscenter.az.30.12.2021. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi, gəncləri və fəal qadınları “Azərsun” Holdinqin dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid ailələrini və qaziləri ziyarət ediblər.

Newscenter.az xəbər verir ki, partiya fəalları şəhid ailələrinin nümayəndələri və qazilər ilə söhbət ediblər, qayğıları ilə maraqlanıblar, bayram sovqatını təqdim ediblər.

Ünsiyyət zaman qeyd olunub ki, bu gün müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Yeni Azərbaycan Partiyası da bu baxımdan müxtəlif təşəbbüs və layihələrlə çıxış edir.

Şəhid ailələrinin nümayəndələri və qazilər də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ölkə başçısı tərəfindən bu gün şəhid ailələrinə və qazilərə göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir.

Ruhiyyə
Xəbəri paylaş