Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yola saldığımız 2021-ci il, ölkəmiz üçün uğurlu, siyasi, tarixi, mədəni hadisələrlə zəngin oldu



Newscenter.az.30.12.2021. Milli Məclisin deputatı Nəsib Məhəməliyev 2021-ci ilin yekunları ilə bağlı facebook sosial şəbəkəsində maraqlı yazı yazıb.

Newscenter.az həmin materialı təqdim edir:

Əziz həmvətənlər!


Qarşıdan “Dünya Azərbaycanlılarının həmrəylik günü” və Yeni il gəlir. Xalqımızın təm-təraqla qeyd etdiyi hər iki bayram münasibətilə hər birinizi təbrik edir, möhkəm can sağlığı, əmin-amanlıq, rifah, həmrəylik arzulayıram.

Milli Həmrəylik.

Düşünürəm ki, tarixi qələbəmizin, iqtisadi inkişafımızın kökündə məhz, milli həmrəylik, xalqın, öz Liderinin ətrafında sıx birləşməsi durur. Son dərəcə mürəkkəb geosiyasi ziddiyətlərə baxmayaraq, xalq-iqtidar həmrəyliyi, “Dəmir Yumruğun” şərəfli tarix yazması ilə nəticələndi. Azərbaycan xalqı əməldə həmrəylik nümunəsi göstərdi. Biz birlikdə güclüyük.

Yola saldığımız 2021-ci il, ölkəmiz üçün uğurlu, siyasi, tarixi, mədəni hadisələrlə zəngin olmuşdur. Görünməmiş sürətlə, işğaldan azad olunmuş ərazilər minalardan təmizlənir, infrastruktur layihələri icra olunur, mədəniyyət abidələri, tarixi irsimiz, ekoloji mühit bərpa olunur. Tədricən Qarabağa həyat qayıdır. “Ağıllı şəhər”, “Ağıllı kənd” sistemləri, “Alternativ və bərpa olunan enerjidən” geniş şəkildə istifadə olunması, gələcəyə hesablanmış innovativ ideyaların tətbiqi, gələcəkdə Qarabağın, yaşayış üçün ən yüksək meyarlara cavab verəcəyini göstərir.

30 illik fasilədən sonra, Şuşaya “Xarı bülbül” musiqi festivalı, “Vaqif” poeziya günləri qayıtdı.

Cəmi 8 aya, Qarabağın hava qapısı, Füzuli beynəlxalq hava limanı istifadəyə verildi.

Azərbaycan və Türkiyə Prezidentləri, İlham Əliyevlə, Rəcəb Tayyib Ərdoğan arasında tarixi “Şuşa Bəyannaməsi” imzalanması, iki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. Eyni zamanda, türk dünyasının inteqrasiyasına əhəmiyyətli təkan verdi.

Ən əsası isə, qürurumuz bərpa olundu. Qarabağın işğalı səbəbi ilə, beyinlərə hopmuş natamamlıq kompleksindən qurtulmaqla, keyfiyyətcə fərqli həyat yaşadıq.

Əziz həmvətənlər!

Sizləri bir daha, bu gözəl bayramlar münasibətilə ürəkdən təbrik edirəm.

Həmrəylik gününüz mübarək, Yeni iliniz uğurlu olsun!!!

Nəsib Məhəməliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş