Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il həm də rəmzi olaraq ölkəmizin şüşə kimi şəffaflaşdırılması ili olacaq



Newscenter.az.1.01.2022. "2022-ci il Şuşa ili olmaqla yanaşı, həm də rəmzi olaraq ölkəmizin şüşə kimi şəffaflaşdırılması ili olacaq! Bu il ölkəmizi hələ ki, sona çatmamış çox böyük islahatlar və dəyişikliklər prosesinin davam etdirilməsi gözləyir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Xəyal Bəşirov səsləndirib. O bildirib ki, inzibati idarəetmə sahəsində artıq başlanmış dəyişikliklər, məhkəmə hakimiyyətində zəruri olan geniş islahatlar, struktur və kadr dəyişiklikləri və bir sıra digər yeniliklər bu il davam etdiriləcək:

"Ölkəmizin ərazi bütövlüyünün təmin olunması prosesində zərrə qədər güzəştə getməyən ali iradə ölkə daxilində qalmaqda olan problemlərin həllində və ictimai-siyasi konfiqurasiyanın yenilənməsində israrlıdır".

Mehman
Xəbəri paylaş