Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hacıqabulda zəncirvari qəza, 20-yə yaxın avtomobil toqquşdu, ölən və yaralananlar var-VİDEO



Newscenter.az.1.01.2022. Hacıqabul rayonunda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var.

Hadisə Ələt-Astara magistral yolunun Şirvan şəhəri ilə Hacıqabul rayonu ərazisinin kəsişdiyi körpüdə qeydə alınıb.

Bildirilib ki, körpünün üzərində “VAZ-2107” markalı avtomobil “Mercedes” markalı nəqliyyat vasitəsinə arxadan çırpılıb. Bu zaman avtomobillərdə olanlara kömək məqsədilə Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu maşınından düşüb. Bu zaman sürətlə hərəkətdə olan sərnişin avtobusu sözügedən avtomobillərə çırpılıb. Nəticədə 10 maşına ciddi ziyan dəyib. C.Ələkbərov isə hadisə yerində ölüb.

Hadisə zamanı Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğlu, Sabirabad rayon sakinləri - 2007-ci il təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu, 1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, 1998-ci il təvəllüdlü Həsənova Pərvin Zeyfun qızı, 2017-ci il təvəllüdlü Məmmədəli Səyid Ramil oğlu, 2015-ci il təvəllüdlü Məmmədəli Fidan Ramil qızı, 2016-cı il təvəllüdlü Məmmədəli Elmira Ramil qızı, 1970-ciil təvəllüdlü Həsənova Rəqiyyə Abdulhəsən qızı, 2010-cu il təvəllüdlü Ələkbərov Hüseyn Elnur oğlu və 1993-cü il təvəllüdlü Həsənov Həsən Mehman oğlu xəsarət alıblar.

Xəbəri paylaş