Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti Omikron dalğası qaçılmazdır



Newscenter.az.1.01.2021. Azərbaycan 2022-ci ili 2021-ci ildən daha da yaxşı keçirəcək!

Bu fikirlər həmişə olduğu kimi mənim şəxsi fikirlərim deyil, elmin Azərbaycan haqqında dediyi fikirlərdir. Ona görə də normal həyata qayıdış istəyi nöqteyi nəzərdən sevinə bilərsiniz!

Önəmli tədqiqatlar barədə qısa da olsa bildirim:

- Peyvənd almayanların Omikron ştammına yoluxma zamanı Delta ilə müqayisədə xəstəxanaya düşmə riski 24 faiz azalıb.
- Avstraliyada yuxarı yaş qruplarının 95 faizə qədəri peyvənd olunub. Orada aparılan tədqiqata əsasən, peyvənd olunanlar arasında Omikrona yoluxma zamanı Delta ilə müqayisədə xəstəxanaya düşmə kvotası 50 faizdən çox azalıb.
- Bütün bu faktlar onu deməyə əsas verir ki, Omikron bu gün üçün ən optimal postpandemiya virusudur, yəni endemik vəziyyətə ən uyğun virus. Bu gün elmin arzuladığı da məhz pandemik vəziyyətdən epidemioloji olaraq qısa zamanda endemik vəziyyətə keçməkdir.
- Növbəti Omikron dalğası qaçılmazdır. Öncədən də tətbiq edilən və bu gün davam etdirilən doğru strategiyalar o dalğa zamanı da qalib gələcək.
- Azərbaycanda göstərilən səhiyyə xidmətlərinin inkişafı COVID-19-a qarşı mübarizədə ciddi şəkildə pozitiv istiqamətdə inkişafa səbəb ola bilər.
Bir daha vurğulayıram ki, normal həyata qayıdış nöqteyi nəzərdən Azərbaycan 2022-ci ili 2021-ci ildən daha da yaxşı keçirəcək.

Nuran Abdullayev- Köln Universitetinin tibb elmləri doktoru
Xəbəri paylaş