Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azneft" də ilin "İlin ən yaxşıları" mükafatlandırılıb



Newscenter.az.2.01.2022.SOCAR-ın “Azneft” İB-nin 2021-ci il üzrə “ilin ən yaxşı”ları mükafatlandırılıb. Birliyin dənizdə və quruda neft və qaz hasilatının stabilləşdirilməsi və artım tempinə nail olunması, iqtisadi göstəricilərin və səmərəliliyin yüksəldilməsi, işçilərin sosial rifahının artırılması, müasir idarəetmə proseslərinin və yeni texnologiyaların tədbiqi, verilmiş tapşırıqları kollektivlə birlikdə vaxtında və keyfiyyətlə yerinə yetirdiyinə görə “Neft Daşları” NQÇİ və “Ə.C.Əmirov” adına NQÇİ “İlin ən yaxşı kollektivi” nominasiyaları üzrə təltif ediliblər.

Newscenter.az xəbər verir ki, bununla yanaşı, İB-nin iqtisadi inkişaf mühitinin formalaşdırılmasında göstərdiyi xidmətlərə, müasir idarəetmə metodlarının tətbiqinə, işçilərin karyera inkişafının dəstəklənməsi və xərclərin optimallaşdırılması sahəsində göstərdiyi xidmətlərə görə Birliyin İqtisadiyyat və Uçot İdarəsinin rəisi Mərdan Əlizadə “İlin ən yaxşı rəhbəri” nominasiyası üzrə təltif edilib.

Mükafatları “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mehman
Xəbəri paylaş