Newscenter.az.2.01.2022. Şəhid Polad Həşimovun anasını hisslərinə görə başa düşmək olar. Şəhid anasıdır, övladını itirib və onun emosionallığı anlaşılandır. Övlad acısı olduğundan hər deyilən sözə həssas yanaşa, adekvat reaksiya verə bilər.
Bəs, şəhid anasının hiss və emosiyalarından istifadə edib, siyasi oyunlara alət edənlərə, onu yalnış məlumatlarla ictimai tənqid hədəfinə çevirənlərə nə deyəsən? Axı, açıq şəkildə görünür ki, Səmayə xanımın aldadılaraq danışdırılması Azərbaycan Ordusuna, onun rəhbərliyinə qara yaxmaq, həmçinin şəhid anasını ictimai nüfuzdan salmaq məqsədi daşıyır.
Heç kəs unutmamalıdır ki, Polad Həşimovu da general rütbəsinə qədər yüksəldən Azərbaycan dövləti, Ali Baş Komandan olub. Dövlət bir generalı yetişdirmək üçün illərlə vaxt və vəsait sərf edir. Belə olan halda əsassız ittiham və iddiaların irəli sürülməsini heç bir arqumentlə əsaslandırmaq mümkün deyil.
Bunun bir adı var: siyasi spekulyasiya. Bu cür spekulyasiya isə ancaq ermənilərin maraqlarına xidmət edir. Təqdim etdiyim videodan da görürsünüz ki, Kərim Vəliyev Polad Həşimovun şəhid olmasından çox sarsılıb. Onların hətta, dostluq əlaqələri belə var idi.
Bu cür əsassız məlumatlarla ordumuza ləkə yaxanlara, bu siyasi spekulyasiyaya dəstək verən "5-ci kolon"a yerini göstərmək lazımdır. Ümumiyyətlə, mövcud həssas məqamda Ordumuza uzanan xəyanət əllərini "kəsməliyik". Şəhid analarını da siyasi oyunlara alət edənlərə, erməni mətbəxinə xidmət edənlərə kəskin reaksiya verməliyik.
Ramil Vəlibəyov-YAP Nizami rayon təşkilatının sədri