Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Ermənistanın regional çərçivədə rolu yeni reallıqları qəbul etməsindən asılıdır”



Newscenter.az.2.01.2022. "Son bir ildə, Azərbaycanın əldə etdiyi böyük qələbədən sonra qazandığı ən böyük nailiyyətlərdən biri müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək oldu. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa müraciətində bu məsələyə toxunması təsadüfi deyildi. Çünki 44 günlük müharibə zamanı bəzi dairələr Azərbaycana qarşı təzyiq göstərir, Bakı ilə diktə ilə danışmağa çalışırdı".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Milli Məclisin deputatı Könül Nurullayeva çıxış edib. Millət vəkili bildirib ki, lakin Azərbaycan bütün bu təzyiqlər qarşısında öz prinsiplərindən və dövlətçilik maraqlarından bir addım belə geri çəkilmədi:

"Əksinə, Azərbaycan Prezidenti bütün mesajlarında haqq işimizdə sona qədər mübarizə aparacağımızı bəyan edirdi. Bu qətiyyətin, prinsipiallığın və həyata keçirilən uğurlu siyasətin nəticəsi idi ki, müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. “Bunun çox böyük əhəmiyyəti var. Çünki İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı səslənən əsassız ittihamların heç birinin real təsdiqi olmadı və müharibədən sonrakı dövr bunu bir daha göstərdi” deyən Ali Baş Komandan ölkəmizin beynəlxalq arenadakı uğurlarını və gələcək prioritetləri də açıqladı. Azərbaycan öz tərəfdaşları ilə əlaqələrini ənənəvi olaraq dostluq, əməkdaşlıq üzərində qurub. Buna nümunə olaraq, Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsini göstərmək olar. Dövlət başçımızın da söylədiyi kimi, bu sənəd Türkiyə-Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırdı, halbuki faktiki olaraq bu, müttəfiqlik əlaqələri idi, amma bu, artıq rəsmən təsdiqləndi və əlbəttə ki, bu bəyannamənin Şuşa şəhərində imzalanmasının xüsusi mənası var idi".

Deputat qeyd edib ki, Rusiya ilə əlaqələrə gəlincə, hazırda müşahidə olunan müsbət dinamikanın növbəti dövrdə də davam etməsi üçün əlverişli imkanlar mövcuddur:

"İran və Gürcüstanla fikir mübadiləsi əsnasında inkişaf edən dostluq və tərəfdaşlıq əlaqələri regionda çoxtərəfli əməkdaşlıq platformasının formalaşdığını bir daha təsdiqləyir. Ən vacib məqam isə budur ki, bu, bizim maraqlarımıza cavab verir. Ermənistana gəlincə, Azərbaycan ümid edir ki, bu ölkə ilə də bizim qonşuluq əlaqələrimiz qurula bilər. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər".

Könül Nurullayeva hesab edir ki, bu mənada dövlət başçımızın noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşləri ümidverici hesab etməsi növbəti il üçün nikbin proqnozlar səsləndirməyə imkan yaradır:

"Görünən budur ki, Ermənistan rassional yanaşma sərgiləsə, bu görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaq".

Ruhiyyə
Xəbəri paylaş