Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəmkirdə qadın hovuzda boğularaq vəfat edib



Newscenter.az.2.01.2022. Şəmkirdə orta yaşlı qadın hovuzda boğulub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeniabad kəndindəki istixanaların birində qeydə alınıb.

Orta yaşlı qadın istixanaya məxsus hovuzda boğulub. Onun meyiti sudan çıxarılaraq müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.

Məlumata görə, bu, 1969-cu il təvəllüdlü Tatyana Əliyeva istixananın hovuzunun yaxınlığından keçərkən ehtiyatsızlıqdan hovuza düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş