Newscenter.az.2.01.2022. Diametri təxminən 400 metr, çəkisi 30 tondan çox olan olduqca təhlükəli asteroid Apofis 2029-cu ildə Ümumdünya Kosmonavtika Günündən sonra Yerə uçacaq.
Newscenter.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu məlumat yayıb.
Tədqiqatçıların proqnozlarına görə, Apofisin (qədim Misirin məhvetmə tanrısı Apofisin şərəfinə adlandırılıb-red) Yerə maksimum yaxınlaşma anı aprelin 13-nə təsadüf edəcək.
Yaxınlaşma sürəti saniyədə 7,42 kilometr olacaq. Cismin Yer səthi ilə toqquşması zamanı ayrılan enerji 1 717 meqaton olacaq. Zəlzələnin gücü zərbə yerindən 10 kilometr radiusda rixter şkalası üzrə 6,5 bala, küləyin sürəti saniyədə azı 790 metr olacaq. Apofisin Yerlə ehtimal olunan toqquşmasında məhv olacağı proqnozlaşdırılır.
Asteroid toqquşmasının 1961-ci ildə ən güclü sovet termonüvə bombasının partlayışından 30 dəfə güclü olacağı bildirilir.
Anar TAGIYEV