Milli Məclisin yaz sessiyasının ilk iclası bu tarixdə keçiriləcək
Tarix: 3-01-2022, 16:26
Newscenter.az 3.01.2022. Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.
Parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.
Toplantıda qanunverici orqanın yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək.