Newscenter.az.3.01.2022 "2022-ci il başlar-başlamaz Ordumuza aramsız hücumları görürük. Təsəvvür edin ki, bir tərəfdə erməni telegram kanalları, digər tərəfdə də AXCP-yə, Milli Şuraya bağlı facebook səhifələri, Avropadakı cəbhəçi qırıntıları Qalib ordumuzu ləkələyir, fərziyyələr, uydurmalar ilə ictimai rəyi çaşdırmağa cəhd edirlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov səsləndirib. O bildirib ki, şəhid Polad Həşimovun anasının emosional fikirləri ətrafında siyasi "fırtına" yaratmağa, Dövlət Sərhəd Xidməti ilə bağlı hadisəni qəzaya uğramış helikopterə bağlamağa çalışırlar:
"Hətta, aralarında "ağıllılar" da tapılır ki, "bu da helikopter qəzası kimi bir hadisədir" desin.
Axı bu nə düşüncədir? Şəhid ailələrinə heçmi hörmətiniz qalmayıb? Hakimiyyət, qrant naminə Orduya da dil uzadacaq qədər quduzlaşmısınız? Hərbi hissədə baş verən cinayətin helikopter qəzası ilə nə əlaqəsi? Axı, o qəzada şəhid olanların 40-ı hələ də çıxmayıb? Haradadır sizin vicdanınız?".
Onun sözlərinə görə, proseslərin gedişatı onu göstərir ki, quduzlaşmışlar üçün mənəvi dəyər, hörmət amilləri daha yoxdur:
"Onlar bundan sonra daha da azğınlaşacaqlar. Şübhə yoxdur ki, cinayətlərə də əl atacaqlar. Bu səbəbdən də onların "vaksinləşməsi" vacib faktora çevrilir".
Ruhiyyə