Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əsgər komandirləri niyə öldürdü?



Newscenter.az.3.01.2022. Yaxşı yadımdadır, 80-lərdə "Komsomolka" da bir yazı getmişdi. Hərbi hissədə bir əsgər gecə yatdığı yerdə 5 nəfəri güllələmişdi. İçərilərində zabit və starşina da var idi. Sonra qaçıb evlərinə, Krasnodara getmişdi. Əsgərin valideyinləri müəllim idi. O vaxt SSRİ-nin rəhbəri Mixail Qorbaçov da əslən Krasnodardan idi, ordan gəlmişdi. Əsgərin valideyinləri birbaşa Qorbaçovla əlaqə yaratdılar və məsələ yüksək səviyyədə nəzarətə götürüldü...

Deməli, həmin əsgəri xidmətə gəldiyi vaxtdan starşina döyüb zorlayır. Sonra zorlama estafetini dostu bölük (vzfod) komandirinə ötürür. Dəstə (otryad) komandirləri hər üçü məsələdən xəbər tutur və növbəyə durur. Beləliklə bir neçə ay keçir. Təcavüzə məruz qalan əsgər fürsət gözləyir. Günlərin bir gecəsi həmin əsgər avtomatı əlinə alır və onu alçaldan 5 nəfəri o dünyaya yollayır...

Deyəsən, bir ilə kimi istintaq getdi. Hadisə İttifaq prokurorunun nəzarətində idi. Sonda əsgərə faktiki bəraət verdilər, cəmi 2 il icbari iş kəsdilər. Bu cinayəti nəzarətdən buraxan, faktiki olaraq, təcavüzə şərait yaradan komandirləri isə, türməyə göndərdilər... Səhv etmirəmsə, bir neçə polkovnik və bir general da istefaya getdi...

Qalib Arif
Xəbəri paylaş