Ağstafada qadın ərini balta ilə qətlə yetirib
Tarix: 4-01-2022, 12:40
Newscenter.az.4.01.2022. Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva həyat yoldaşı,1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi balta ilə qətlə yetirib.
Faktla bağlı araşdırmalara başlanılıb.