Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çörəyin qiyməti 10-15 qəpik artacaq-RƏSMİ



Newscenter.az.4.01.2022. Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.

Newscenter.az xəbər verir ki, bu fikirlər Azərbaycanın iri un və çörək istehsalçılarının müraciətində əksini tapıb.

Müraciətdə qeyd edilib ki, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb.

Sevinc
Xəbəri paylaş