Newscenter.az.4.01.2022. "Son günlər sosial şəbəkənin qaragüruhçu seqmenti tərəfindən guya ki, unun qiymətinin qalxmasını təqdir etməyimlə bağlı böhtan xarakterli məlumat yayıllb. Belə iftiralara inanmayın".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov özünün facebook sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, belə böhtanlar anti Azərbaycan dairələr tərəfindən təşkil olunur və antimilli ünsürlər tərəfindən dəstəklənir:
"Gördüyünüz kimi, yalan məlumat heç bir mənbəyə söykənmir. Ortada heç bir audio və video təsdıqləyicl fakt yoxdur. Heç bir sayta da müsahibə verməmişəm. Əks halda həmin saytın linkinə istinad edərdilər. Belə qaragüruhu qınayın, qoy onlar yalquzaq həyatı yaşasınlar. Allah belələrinin cəzasın versin"0
Millət vəkili qeyd edib ki, bu halda məhkəməyə müraciət edib, şər-böhtan faktı üzrə onların həbsinə nail olsa, belə məxluqlardan süni "siyası məhbus" obrazı yaradacaqlar:
"Ayıq olun, əziz dostlar".
Anar