Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Iqtisadçı ekspert: "Vəziyyət bir az "ağrılı" olacaq"



Newscenter.az.4.01.2022. "Ölkədə çörək və digər un məmulatlarının qiymətləri sərbəst buraxılmalıdır. Söhbət, buğdanın idxalına tətbiq olunan ƏDV-nin ləğvi, un istehsalçılarına subsidiyaların verilməsi və sair kimi güzəşt və kompensasiya xarakterli tədbirlərin tədbiqindən əl çəkməkdən gedir".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, bu yolla qiymətləri sabit saxlamaq mənasızdır:

"Bir məhsulun ki, xarici bazarlarda qiyməti artır, həmin qiyməti daxili bazarda sabit saxlamaq çətin məsələdir. Xüsusən də, o məhsul üzrə əgər idxaldan nə az, nə çox -42 faiz asılı vəziyyətdəyiksə".

Ekspert bildirib ki, ümumiyyətlə, qiyməti basqı altında saxlamaq, bazar qanunlarının "əl-qolunu" bağlamaq deməkdir:

"Bazar sərbəst olarsa, yerli buğda istehsalı həm həcmcə, həm də keyfiyyətcə arta bilər. Bunu, daxili tələb özü stimullaşdıracaq. Biz, bu sahədə gecikmişik. Odir ki, indi vəziyyət bir az "ağrılı" olacaq. Lakin başqa çıxış yolu varmı ?.Xeyr !".

Mehman
Xəbəri paylaş