Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Həsənovun keçmiş işçisi: "Elnur Aslanovun himayəsində olan bir sıra saytlar kölgəmi qılınclamaqla məşğuldurlar"

Əli Həsənovun keçmiş işçisi: "Elnur Aslanovun himayəsində olan bir sıra saytlar kölgəmi qılınclamaqla məşğuldurlar"


Newscenter.az.4.01.2022. "Elnur Aslanovun və digərinin himayəsində olan bir sıra saytlar kölgəmi qılınclamaqla məşğuldurlar. Olsun, bəzən xoşuma da gəlir, qoy dolansınlar. İntəhası, cavab vermədikcə elə düşünə bilərlər ki, onlardan qorxub-çəkinən var".

Newscenter.az xəbər verir ki, bu barədə açıqlama ilə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin keçmiş əməkdaşı Bəhruz Həsənov çıxış edib.

B.Həsənov onun əleyhinə kampaniya aparanları sərt tənqid edib:

"Abi"lər mərd olun, kişi olun, sözünüz, prinsipiniz varsa istənilən platformada qarşıma çıxın. Ortaya çıxmayan da, geri çəkilən də şərəfsizdir. Yoxsa, buyruq qullarınızın əlinə gülünc iddialar verib üstümə göndərməyin.

Gəlin, açıqlayaq kim hansı bulağın gözündən su içir, kimlər yoxluğumuzu fürsət bilib "Sızıntı"ya başlayıblar, kimlər ailə üzvləri üçün yeni "ailə" arayışına çıxıb.

Siz böhtan və iftira ata bilərsiniz,mən isə qaya kimi gerçək faktlardan çıxış edərəm. Mövcud və məhcul karyeranızı bitirənə qədər də dayanmaram!

Anar
Xəbəri paylaş