Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən gün koronavirus pasportu olmayan 9 nəfər şənliyə buraxılmayıb



Newscenter.az.4.01.2022. Ötən gün 9 nəfər koronavirus pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yanvarın 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 108 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 100 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

9 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Xəbəri paylaş