Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda etiraz aksiyaları toqquşmalarla nəticələnib, ölkə rəhbəri xalqa müraciət edib



Newscenter.az.4.01.2022. Qazaxıtanın Almatı şəhərində qazın qiymətinin iki dəfə artırılmasına qarşı keçirilən etiraz aksiyaları toqquşmalarla nəticələnib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, şəhərin mərkəzi meydanında etirazçılarla polis arasında toqquşmalar yaranaıb, aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edilib. Bir neçə etirazçının saxlanıldığı bildirilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qazın qiymətinin iki dəfə artması fonunda ölkənin müxtəlif şəhərlərində icazəsiz aksiyaların keçirilməsi ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı sakinləri tədbirli olmağa, daxili və xarici təxribatlara uymamağa çağırıb.

"Mülki və hərbi idarələrə hücum çağırışları tamamilə qeyri-qanunidir. Bu, cinayətdir. Bizə münaqişə yox, qarşılıqlı etimad və dialoq lazımdır. Bütün qanuni xahiş və tələblərə diqqətlə baxılacaq, müvafiq qərarlar qəbul ediləcək. Sabah bu məsələlərlə bağlı işçi iclas keçiriləcək", - Prezident deyib.

Yeni ilin ilk günlərində Qazaxıstanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri qiymət artımına qarşı etirazlara qalxıblar. Ölkənin Energetika Nazirliyi izah edib ki, yanvarın 1-dən qazın qiyməti tələb və təklif əsasında elektron birja ticarətində formalaşır. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev vəziyyətə baxmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Xəbəri paylaş