Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqtisadçı ekspertdən Kənd Təsərrüfatı Nazirliyinə İTTİHAM



Newscenter.az.4.01.2022. "Azərbaycanda torpağın münbitliyinin bərpası istiqamətində demək olar ki, işlər aparılmır. Suvarma suyuna olan ehtiyac ödənilmir. Növbəli əkin sistemi yaradılmayıb. Bunun üçün də ciddi dövlət proqramı hazırlanmalıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Vahid Məhərrəmov səsləndirib. O bildirib ki, son 4-5 ildə Kənd Təsərrüfatı Nazirliyi aparatına və nazirliyin nəzdində yeni yaradılan mərkəzlərə rəhbər vəzifələrə savadsız, qabiliyyətsiz, yarıtmaz adamları gətiriblər:

"Həmin adamlar kənd təsərrüfatını elə hala salıblar ki, sahəni düzəltmək üçün uzun vaxt və böyük maliyyə resurslarına ehtiyac olacaq".
Xəbəri paylaş